Tennis

Bu turnirin tarixinə düşdü, qaldı…

Novak Cokoviç ən çox “Böyük Dəbilqə” qazanan tennisçi kimi tarixə düşübü.

Aut.az xəbər verir ki, serbiyalı tennisçi “Rollan Qarros”da 23-cü titulu qazanıb. Cokoviç Parisdə həlledici matçda Kasper Ruuda qalib gəlib. O, hər üç setdə həmkarından üstün olub. Cokoviç bu qələbə sayəsində hesabında “Böyük Dəbilqə” yarışlarında 22 titul olan Rafael Nadalı geridə qoyub.

Novak 10 dəfə “Australian Open”də, 7 dəfə “Uimbildon Open”də, hərəsi üç dəfə olmaqla “Rollan Qarros” və US Opendə bütün rəqiblərindən üstün olub.

Qeyd edək ki, Cokoviç karyerasında 94-cü titulunu qazanıb. O, bu göstəricidə Roje Federer (103) və Cimmi Konnorsdan (109) geri qalır.