Digər

Şirkətlər Liqası: Final oyununun vaxtı açıqlandı

ETOPAZ-ın baş sponsorluğu ilə Şirkətlər Liqasında 25 böyük şirkət komandası mart ayının 12-də mübarizəyə başlayıb.

Hər qrupda 6 komanda olmaqla komandalar 4 qrupda mübarizə aparıb. Artıq turnir sona yaxınlaşır.

Turnirin 3-cü yer uğrunda oyunu 11 iyunda saat 12:00-da, final qarşılaşması isə saat 13:00-da Yasamal Sportster idman kompleksində keçiriləcək.