“Səbail” “Neftçi”dən gətirdiyi futbolçunu göndərdi
“Səbail” futbolçusu Nihad Qurbanlı ilə yollarını ayırıb.
Aut.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Nihad “Səbail”ə 2022-ci ilin yayında “Neftçi”dən keçmişdi.
