Dünya futbolu

Pula satılmayan əfsanə: O, ən varlı olmaqdan niyə imtina edib? – FOTO

Təcrübəli futbol azarkeşləri yəqin ki, 2008/09-cu illər mövsümün yaxşı xatırlayır. O vaxtlar futbol daha gözəl, daha parlaq idi. O zaman futbolda pul söz sahibi deyildi.

Ancaq hər şey ərəblərin bu sahəyə gəlişi ilə dəyişdi. Ərəblər uzun cəhdlərdən sonra 2008-ci ildə “Mançester Siti”yə sahiblənə bildilər. Premyer Liqa təmsilçisi “Abu Dhabi United Group” tərəfindən satın alındı.​ Bundan sonra klubda inanılmaz dəyişiklər baş verdi. Birdən-birə transferlərə və digər xərclərə 100 milyonlarla vəsait ayrıldı. O vaxt maliyyə feyr-pleyi qaydalaarı olmadığı üçün bu elə də böyük problem deyildi. Amma ədalətsiz yanaşma idi. Təqribən 1 il sonra klub ulduz futbolçulara elçi düşməyə başladı.

Pula satılmayan əfsanə: O, ən varlı olmaqdan niyə imtina edib? - FOTO

O vaxt Kaka obyektiv olaraq ən yaxşı oyunçulardan biri hesab olunurdu. Bir məqam qeyd etmək kifayət edir ki, onunla bağlı müzakirələrin mənasız olduğu sübut edilsin. Məhz o, Lionel Messi – Kriştiano Ronaldo erasından əvvəl “Qızıl top”un qalibi olan sonuncu futbolçu idi. Bu səbəbdən bütün klublar onu heyətində görmək istəyirdi.

Pula satılmayan əfsanə: O, ən varlı olmaqdan niyə imtina edib? - FOTO

Ərəblərin pulları ilə yüksələn “Siti” də. “Şəhərlilər” 2009-cu ilin yanvarında braziliyalı yarımmüdafiəçini heyətə cəlb etmək üçün hərəkətə keçdilər. Ərəblər ulduz futbolçuya görə “Milan”a o vaxtın ən yüksək məbləğini, 100 milyon funt-sterlinq təklif etdilər.

Pula satılmayan əfsanə: O, ən varlı olmaqdan niyə imtina edib? - FOTO

Bu yaxınlarda ESPN-ə danışan Kaka həmin günləri xatırlayıb:

“Çox gərgin və çətin dövr idi. “Milan”ın futbolçularını satmamaq fəlsəfəsi var idi. Kimsə getmək istəyəndə bunu açıq şəkildə etməli idi. 2006-cı ildə Andrey Şevçenko “Çelsi”yə keçmək istəsə də, klub onu satmaq istəmirdi. Ona görə də Şevçenko bunu açıqlamalı oldu.

Amma “Mançester Siti”dən təklif gələndə vitse-prezident Adriano Qalliani mənə zəng edib dedi ki, “Milan” ilk dəfə futbolçunun satışı üçün qapını açır. Həmin an gördüm ki, vəziyyət dəyişir.

Rəsmi təklif gələn kimi pərəstişkarlarımız evimə gəlməyə başladı. “Özünü satma, Kaka, özünü satma”, – deyirdilər. Onlar klubun ofisinə də getmişdilər. Bir neçə gün sonra atam mənə qərar verməli olduğumu söylədi. Mən qalacağıma əmin idim, getmək vaxtı deyildi. Bu barədə atama danışdım. O da bu barədə “Mançester Siti” rəhbərliyinə məlumat verdi”.

Pula satılmayan əfsanə: O, ən varlı olmaqdan niyə imtina edib? - FOTO

Bununla da ərəblərin ilk cəhdi uğursuz oldu. İtaliyanın o vaxtkı baş naziri və “Milan”ın sahibi Silvio Berluskoni “Kaka qalır”, – deyə açıqlama verdi. Saat 23:00 radələrində azarkeşlər braziliyalı yarımmüdafiəçiyə təşəkkür etmək üçün onun evinin önünə yığışdılar. Kaka isə cavab olaraq pəncərədən “Milan”ın formasını yellədi:

Pula satılmayan əfsanə: O, ən varlı olmaqdan niyə imtina edib? - FOTO

“Çöldə böyük bir şənlik var idi, xüsusi bir şey idi. Kluba və azarkeşlərə çox yaxın idim. Dəlilik idi, mən bütün zamanların ən bahalı və ən çox maaş alan futbolçusu olacaqdım. Amma qalmağı seçdim. Getməyim üçün hər şey hazır idi, amma istəmirdim.

Hətta bu gün yenidən görüşəndə ​​Qalliani mənə deyir ki, onun bütün transferləri arasında ən çətini mənimki olub. Ancaq bu, klubla daha da güclü bir əlaqə yaratmağa kömək edib.”

Pula satılmayan əfsanə: O, ən varlı olmaqdan niyə imtina edib? - FOTO

Ancaq 6 ay sonra “Milan” maliyyə problemlərinə görə onu 67 milyon avroya “Real”a satdı. Bununla da Kakanın karyerası erkən bitdi. Düzdür, “sambaçı” bir neçə il sonra ona doğma olan kluba döndü. Amma heç nə əvvəlki kimi olmadı. Nə “Milan”, nə də Kaka… (Publika.az)