Dünya futbolu

İddia: Messi yaxın saatlarda bu klubla müqavilə bağlayacaq

Lionel Messi “İnter Mayami”ni seçib. Yaxın saatlarda Leo qərarını açıqlamalıdır.

Aut.az xəbər verir ki, bu barədə  italyan insayder Fabritsio  Romano “Twitter” səhifəsində yazıb.

Jurnalistin sözlərinə görə, gələn mövsüm Messi MLS-də çıxış edəcək. O, iddia edib ki, “Barselona”nın “Qızıl top”un yeddiqat qalibini Kataloniyaya qaytarmaq şansı yoxdur.

Aut.az