Kapitana təklif : Al bu 12 milyonu, çıx get
“Mançester Yunayted” yay transfer pəncərəsində Harri Maquayrla yollarını ayırmağa hazırlaşır.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Mənbənin sözlərinə görə, İngiltərə Kubokunun finalı Maquayr üçün “Yunayted”də son matç olacaq. Komandanın kapitanının müqaviləsinin bitməsinə hələ iki il qalıb və o, həftədə təxminən 220 min avro alır. “Mançester Yunayted” ondan qurtulmaq üçün iki illik məvacibin yarısını, 11,6 milyon avro ödəməyə hazırdır.
“Mançester Yunayted” Maquayrı 2019-cu ildə “Lester”dən 87 milyon avroya alıb. Mərkəz müdafiəçisi bu mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 31 oyun keçirib, qol vurmayıb.
Aut.az
