İspaniya

Prezidentlə görüşdü, bazar gününə qədər vaxtı var

Kərim Benzemanın karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək ehtimalı böyükdür.

Aut.az xəbər verir ki, Kərim bu məsələni “Real”ın prezidenti Florentino Pereslə müzakirə edib.

“Onda Cero”nun jurnalisti Alberto Pereyro xəbər verir ki, hücumçu Florentino Pereslə görüşüb və ona hər il xalis 100 milyon avro təklif edildiyini bildirib.

Madrid klubunun rəhbəri “Qızıl top” sahibinin istənilən qərarını qəbul etməyə hazırdır. Benzema gələcəyi ilə bağlı qərarını bazar gününə qədər verəcək.

35 yaşlı futbolçu bu mövsüm La Liqada 23 oyunda 18 qol vurub.

Aut.az