“Qarabağ” onlarla rəsmən vidalaşdı – FOTO
“Qarabağ” 2 futbolçusu ilə rəsmən vidalaşıb.
Aut.az xəbər verir ki, söhbət hücumçu Ramil Şeydayev və yarımmüdafiəçi Filip Ozobiçdən gedir. Klubun sosial şəbəkələrdəki bütün rəsmi səhifələrində müqaviləsinin müddəti başa çatan futbolçulara xidmətlərinə görə təşəkkür edilib və uğurlar arzulanıb.

Azərbaycan millisinin üzvü olan Ozobiç 2018-ci ilin yayında “Qəbələ”dən “Qarabağ”a keçib. O, Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 151 oyun keçirib. 42 dəfə fərqlənən 32 yaşlı futbolçunun aktivində 36 məhsuldar ötürmə var.

İlk dəfə 2017/18 mövsümündə icarə əsasında “köhnə atlar”ın heyətində çıxış edən Ramil Şeydayevin 2021-ci ilin yayında başalayan ikinci macərası iki mövsüm çəkib. O, bu müddət ərzində 97 oyunda “Qarabağ”ın formasını geyinib, 36 qol və 12 asistə imza atıb.
