“Real” daha bir ulduzun transferini açıqladı
“Real” İbrahima Konatenin keçidini rəsmən elan edib.
Aut.az xəbər verir ki, Madrid klubu “Liverpul”dan azad agent kimi ayrılan 27 yaşlı müdafiəçi ilə 2030-cu ilə qədər müqavilə bağlayıb.
Konate ötən mövsüm “Liverpul”da 36 Premyer Liqa oyununda iştirak edib və 1 qol vurub.
Aut.az
