Titulsuz qaldı: ardıcıl 2-ci dəfə, karyerası ərzində isə…
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2022/23 mövsümündə titulsuz qalıb.
Aut.az xəbər verir ki, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttifaq”la heç-heçə (1:1) etdikdən sonra çempionluq şanslarını itirib.
Bundan əvvəl isə komanda kubokda da mübarizəni dayandırmışdı.
Ronaldo ardıcıl ikinci mövsüm, karyerasında isə dördüncü dəfə titulsuz qalıb.
2022/23 və 2021/22 mövsümlərindən əlavə, Ronaldo 2009/10 və 2004/05 mövsümlərində də titul qazana bilməmişdi.
Qeyd edək ki, Messinin karyerası ərzində titulsuz cəmisi 2 mövsüm var.
Aut.az
