Türkiyə

“Fənərbaxça”nın finaldakı rəqibi bəlli oldu

Türkiyə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Aut.az xəbər verir ki, sonuncu yarımfinal görüşü “Ankaragücü” ilə “Başakşəhər” arasında baş tutub.

Bu komandaların ilk oyununda İstanbul təmsilçisi 1:0 hesabıyla qalib gəlmişdi. Cavab görüşünün əsas vaxtı isə Ankara təmsilçisinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Əlavə vaxtda daha bir qol vuran “Başakşəhər” finala yüksəlib.

Beləliklə, finalda iki İstanbul təmsilçisi – “Fənərbaxça” ilə “Başakşəhər” üz-üzə gələcəklər. Həlledici matç iyunun 11-də keçiriləcək.

Türkiyə kuboku
Yarımfinalın cavab oyunları

24 may

Fənərbaxça – Sivasspor 3:0
Qol: F.Kadıoğlu, 47. Batşuayi, 58. Kinq, 85.
İlk oyun – 0:0.

25 may

Ankaragücü – Başakşəhər 2:2
Qol: Sou, 11. Xatsicovanis, 90 – S.Gürler, 61. Keni, 109.
İlk oyun – 0:1.