Buna şükür edir, ona görə isə üzr istəyib
“Milan”ın və İtaliya yığmasının sabiq müdafiəçisi Paolo Maldini karyerası ərzində üzləşdiyi ən çətin rəqib haqda danışıb.
“Maradona və Ronaldo ən güclüdür. Allaha şükürlər olsun ki, Messiyə qarşı oynamamışam. Kriştiano Ronaldo da əla hücumçudur, lakin onun oyununda bu ikisinin oyunundan daha az sehr var.
Mən sürətli və fiziki cəhətdən güclü idim, amma onlar daha sürətli idilər. Üstəlik, Dieqo möhtəşəm oğlan idi. O, “Şöhrət Zalı”na daxil olanda, onun ayaqlarına tez-tez vurduğum üçün utandım və ondan üzr istədim”, – deyə Maldini etiraf edib.
54 yaşlı Maldini 1985-2009-cu illərdə “Milan”da çıxış edib. 2018-ci ilin avqustunda Paolo Maldini Milan klubunun inkişaf direktoru, bir il sonra isə texniki direktor vəzifəsinə təyin edilib.
Aut.az
