İrqçilərin birini müəyyən etdilər, birinin də…
Polis Vinisius Junioru təhqir edən azarkeşlərdən birini müəyyən edib.
Aut.az “Cadena SER”-ə istinadən bildirir ki, polis braziliyalını təhqir edən azarkeşlərdən birinin kimliyini müəyyən edib. Bu həmin azarkeşdir ki, futbolçu onu barmağı ilə göstərmişdi və polis tərəfindən stadiondan çıxarılmışdı.
Bundan başqa, polislər Vinisiusu təhqir edən daha bir azarkeşin harada olduğunu aşkar ediblər. Onun şəxsiyyəti hələ müəyyən edilməyib. Bazar ertəsi identifikasiya işləri başa çatacaq. Müttəhimlərin dairəsi də genişləndirilə bilər.
“Valensiya”nın direktoru Xavyer Solis matçdan sonra klubun bu azarkeşləri ömürlük cəzalandıracağını bildirib.
Xatırladaq ki, La Liqanın 35-ci turunda “Valensiya” azarkeşləri Vinisiusu “meymun” və “axmaq” adlandıraraq təhqir ediblər. Fanatların bu davranışı nəticəsində oyun 8 dəqiqə dayandırılıb.
Aut.az
