Xavi bu günü də gördü – FOTO
“Barselona”ya La Liqa kuboku təqdim olunub.
Aut.az xəbər verir ki, mükafatlandırma mərasimi İspaniya çempionatının 35-ci turu çərçivəsində “Real Sosyedad”la oyundan (1:2) sonra “Kamp Nou”da baş tutub.
Futbolçular komandanın baş məşqçisini Xavini başları üzərinə qaldıraraq atıb-tutublar.
“Barselona” La Liqada vaxtından əvvəl qələbəni təmin edib. 35 oyundan sonra Kataloniya komandası 85 xal toplayıb.

Aut.az
