İspaniya

Üzr istədi

Cud Bellinqem “Real”ın “Osasuna” ilə 1:1 hesablı heç-heçə etdiyi oyunda qırmızı vərəqə aldığı üçün klubdan və azarkeşlərdən üzr istəyib.

Aut.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə paylaşım edib:

“Anlaşılmazlıqlar barədə kifayət qədər deyilib. Sadəcə komanda yoldaşlarımı belə çətin vəziyyətə saldığım üçün bir daha üzr istəmək, dəstək və anlayışlarına görə azarkeşlərə təşəkkür etmək istədim. Çərşənbə günü evdə görüşənədək!”

Xatırladaq ki, hakim Cudu ona ünvanladığı qeyri-etik sözlərə görə meydandan qovub. Eyni zamanda Bellinqemin özü və “Real”ın baş məşqçisi Karlo Ançelotti israr edir ki, futbolçunun sözləri yanlış anlaşılıb.