İtaliya

Rəhbərlik məhəl qoymur, bu da qıcıqlanır: Ona görə də…

“Roma”nın baş məşqçisi Joze Mourinyo PSJ-yə təyinat almağa yaxındır.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “La Repubblica” yayıb. Mənbənin sözlərinə görə, “Roma” rəhbərliyi portuqaliyalı mütəxəssisin nümayəndələrinin yeni müqavilə və planlarla  bağlı görüş keçirmək cəhdlərinə məhəl qoymur. Bu da, Mourinyonu qıcıqlandırır.

Portuqaliyalı çalışdırıcı hesab edir ki, transfer büdcəsində maliyyə feyr-pleyinin pozulma ehtimalı ilə bağlı məhdudiyyətlər onun gedişi üçün mühüm amil ola bilər.

Daha əvvəl Mourinyonun Paris klubunun baş məşqçi postuna təyinat variantı barədə artıq məlumat yayılmışdı, indi isə mənbənin sözlərinə görə, portuqaliyalı bu keçidə daha da yaxınlaşıb.

Xatırladaq ki, “Roma” İtaliya çempionatında 35 turdan sonra yeddinci yerdədir. Romalılar Çempionlar Liqası zonasından 6 xal geri qalırlar.

Aut.az