İspaniya

Ukraynadan “Barselona”ya etiraz: Pisləyirik

“Barselona”nın futbolçuları Aleks Balde və Serxi Robertonun rusiyalı azarkeşləri La Liqada qazandıqları qələbə münasibətilə təbrik etməsi Ukraynada böyük narazılığa səbəb olub.

Aut.az xəbər verir ki, Ukraynanın “Karpatı” klubu “Barselona”ya müraciət edib. Ukrayna klubu öz “Twitter” səhifəsində kataloniyalılara hazırda ölkələrində baş verən hadisələri xatırladıb, rusiyalı azarkeşlərə müraciəti pisləyib.

Xatırladaq ki, oyunçular rus azarkeşlərə dəstəyə görə təşəkkür etdikləri birgə video çəkiblər. Bundan əvvəl “Barselona” “Espanyol”la matçda (4:2) La Liqada erkən çempionluğu təmin edib.

Klub son 4 ildə ilk dəfə İspaniya Primerasının qalibi olub.

Aut.az