İspaniya

Ciddi problem: Nə vaxt həll olunacaq?

“Barselona” ciddi problemlə üzləşib.

Aut.az xəbər verir ki, mövsümün sonunda “Nou Kamp” stadionu təmirə bağlandığı üçün Barselona Olimpiya Stadionuna köçən “Barsa” heç də xoş olmayan sürprizlə üzləşib. Luis Kompanisin adını daşıyan idman qurğusu yeni mövsümün əvvəlinə yetişməyəcək. Buna səbəb arenada görülən işlərdi.

Ancaq La Liqa rəhbərliyi “Barselona”ya kömək etməyə çalışır. Komandanın çempionatın ilk turlarındakı bütün oyunlarını səfərdə keçirməsi planlaşdırlır. Bu, sentyabrın ortalarına qədər davam edə bilər. Çünki Olimpiya stadionu həmin vaxta, yəni Çempionlar Liqasının oyunlarına qədər hazır olmalıdır.

“Barselona” “Nou Kamp”a 2024-cü ilin yayında qayıdacaq. Klub 2 il ərzində arenanın tutumunun 50%-i qədər azarkeş qəbul edəcək. Stadiondakı yenidənqurma işlərinin 2025/26 mövsümünün gedişində başa çatması planlaşdırılır.