İspaniya

Milad şam yeməyində onlara müraciət etdi: Yadda saxlayın…

“Real Madrid”in prezidenti Florentina Peres futbol və basketbol komandalarına müraciət edib.

Aut.az xəbər verir ki, Peres müraciətini Milad şam yeməyindəedib.

“Klubun 123 illik mövcudluğu dövründə əldə etdiyimiz hər şey bu gerbin və bu formanın simvolizə etdiyi şeylər sayəsində mümkün olub: zəhmət, fədakarlıq, sədaqət, mükəmməlliyə can atmaq, yoldaşlıq, hörmət, təvazökarlıq və həmrəylik. Mən həmişə deyirəm: “Real Madrid”in bir hissəsi olmaq böyük bir imtiyazdır, eyni zamanda böyük bir məsuliyyətdir.

Sən milyonlarla insanın qəlbinə toxunursan və dünyanın hər yerində səni izləyənlər, xüsusən də kumir olduğun uşaqlar üçün nümunə və bələdçi olmalısan. Həmişə yadda saxla: sən həm meydanda, həm də meydandan kənarda “Real Madrid”i təmsil edirsən.

Tariximizin ən əlamətdar dövrlərindən birini yaşamışıq: son 15 ildə 58 kubok – 30-u futbolda, 28-i basketbolda. Bunların arasında futbolda altı, basketbolda isə üç Avropa çempionluğu titulu var. Amma “Real”da arxayın olmağa haqqımız yoxdur. Hər il bu universal hissi – Madridizmi inkişaf etdirməyə davam etmək üçün çox çalışmalıyıq.

Klubumuzun artıq sosial mediada 660 milyon izləyicisi var – bu, Real Madridin dünyada milyonlarla insan üçün nə demək olduğuna dair bir fikir verir. Burada sona qədər mübarizə aparmalısınız və mən də sizdən məhz bunu etməyinizi xahiş edirəm: bu formada heç kimin final fitindən əvvəl təslim olmağa haqqı yoxdur”, – “Real” prezidenti bildirib.

Aut.az