Kriştiano Ronaldonun anası oğlunu Corcinadan ayırmaq cəhdləri ilə bağlı yayılan şayiələrə reaksiya verib.
“Socialité” verilişində daha əvvəl xəbər verilmişdi ki, futbolçunun anası Dolores Aveyro oğlunu sevgilisi Gorcina Rodrigesdən ayırmaq üçün cadugərliyə əl atıb. Həmçinin iddia edilirdi ki, Aveyro heç vaxt Kriştianonun Corcina ilə evlənməsini və uşaq sahibi olmasını istəməyib.
“Mən öz adımdan və oğlum Kriştianonun həyat yoldaşı Corcinanın da daxil olduğu ailəm adından müraciət etmək istəyirəm. Təsdiq edirəm ki, bu gün, 2023-cü il mayın 16-da özümün və ailəmin təmiz imicini bərpa etmək üçün vəkillərimə zəng etdim.
Tanınmış Portuqaliya qəzetində məqalə çıxıb (özlərini reklam etmək üçün mənim soyadımdan istifadə ediblər). Bu, guya övladımı xoşbəxtlikdən məhrum etmək üçün törətdiyim hərəkətlərdən bəhs edən yalan, böhtan və hətta ürpədici xəbərdir…
Mənim yaxşı adım heç vaxt ictimai müzakirə mövzusu olmayacaq. Bu cür qeyri-peşəkar məlumat mənbəyinin mənim adımdan boş yerə istifadə etməsinə heç vaxt icazə verməyəcəyəm. Sübut edəcəm ki, indiyə qədər deyilən sözlər tamamilə əsassızdır.
Belə xəbərlərdən sonra təhqirlər gəlir. Mənim nəvələrimdən bəziləri artıq müxtəlif insanları, tənqidçiləri oxuyub dinləyirlər. Məhz buna görə də bu qəzet yazdığı böhtanların bədəlini ödəməyənə qədər təslim olmayacağam”, – Aveyro sosial şəbəkədə yazıb.
Aut.az