Aleks baş məşqçi oldu
Braziliya yığmasının və Türkiyənin “Fənərbağça” klubunun keçmiş futbolçusu Aleks De Souzanın yeni iş yeri məlum olub.
Aut.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Braziliya B Seriyasında mübarizə aparacaq “Avai”ni çalışdıracaq. Tərəflər 2023-cü il mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə imzalayıb.
Aleks De Souza daha əvvəl “San Paulo”nun U-20 komandasını çalışdırıb. “Avai” isə son mövsümdə A Seriyasında 19-cu yeri tutaraq elitanı tərk edib.
