İngiltərə

Ten Haq onu final oyununa dəvət etdi

“Mançester Yunayted” icarə əsasında “Sanderlend”də oynayan Amada Diallonu geri qaytarmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə “Manchester Evening News” məlumat yayıb.

“Sanderlend”in oyunçuları üçün mövsüm mayın 27-dən gec olmayaraq başa çatacaq. Ona görə də “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq 20 yaşlı hücumçunu iyunun 3-də İngiltərə Kubokunun finalına dəvət edib. MY finalda “Mançester Siti” ilə qarşılaşacaq.

Ten Haqın fikrincə, Diallonun stadionda komanda ilə birlikdə olması ona, özünü heyətin bir hissəsi kimi hiss etməyə və daha tez uyğunlaşmağa imkan verəcək. Ten Haq onu “Mançester Yunayted”in mövsümöncəsi turnirinə də aparmağı planlaşdırır ki, potensialına tam bələd olsun.

Diallo bu mövsüm “Sanderlend”in heyətində 37 oyuna çıxıb, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az