İngiltərə

Klopp bu klubun fəxri səfiri oldu

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp Mersisayd klubunun xeyriyyə fondunun fəxri səfiri olub.

Aut.az xəbər verir ki, bu barədə “Liverpul”un rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Yurgen Klopp 2023/2024 mövsümü başa çatdıqdan sonra “Liverpul”u tərk edib. Növbəti mövsümdə mersisaydlıların baş məşqçisi daha əvvəl “Feyenoord”u çalışdırmış Arne Slot olacaq.

Aut.az