Boks

İki bokçumuz yarımfinalında

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında iki boksçumuz yarımfinala yüksəlib.

Aut.az xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominges 1/4 finalda özbəkistanlı Şoxcahon Abdullayevə 5:0 hesabı ilə qalib gələrək  yarımfinala adlayıb.

91 kq-dan yuxarı çəkidə mübarizə aparan Məhəmməd Abdullayev 1/4 finalda gürcüstanlı Nikoloz Beqadze ilə üz-üzə gəlib. Rəqibi üzərində 5:0 hesablı qələbə qazanan milli komandanın üzvü də adını yarımfinala yazdırıb. Bununla da, hər iki boksçumuz ən azı bürünc medalı təmin edib.

Yarımfinal döyüşləri mayın 12-də olacaq.