Dünya futbolu

Zidan üçün 2 ölkə 3 variant

İspaniya mətbuatı Zinəddin Zidanın “Real”la danışıqlara başlaması ilə bağlı məlumatları təkzib edib.

Aut.az xəbər verir ki, “Marca”, 50 yaşlı fransızın gələn yay Madridə qayıtmayacağını iddia edir.

Eyni zamanda, Zidanın bu yay məşqçiliyə qayıtması da böyük ehtimaldır. Onun üç variantı var: “Yuventus”, PSJ və “Marsel”.

Zidan 2022-ci il dünya çempionatından sonra Fransa millisinə rəhbərlik etmək arzusunda idi, lakin Didye Deşam öz vəzifəsində qaldı.

Aut.az