İtaliya

Qəzaya düşən futbolçunun son durumu: Onurğa sümüyü və…

Avtomobil qəzasına uğrayan “Latsio”nun hücumçusu Çiro İmmobile bir müddət komandasına kömək edə bilməyəcək.

Aut.az xəbər verir ki, futbolçunun onurğa sümüyü zədələnib və qabırğası sınıb. 33 yaşlı forvard ən azı 15 gün yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə “Sky Sport” məlumat yayıb.

Bu o deməkdir ki, İmmobile aprel 22-də “Torino, 30-da isə “İnter”ə qarşı oynaya bilməyəcək.

Xatırladaq ki, futbolçu dünən səhər saatlarında Romada “Olimpiko” atadionunun yaxınlığında körpüdən keçərkən tramvayla toqquşub. Qəza nəticəsində tramvayın sərnişinlərindən də xəsarət alanlar olub.