Qərar verildi: Geri qaytarırlar
“İnter” cari mövsümün sonunda Romelu Lukakunu “Çelsi”yə qaytarmaq qərarına gəlib.
Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Maaşı və icarə xərcləri də daxil olmaqla, Lukakunun bir illik çıxışı “İnter”ə 20 milyon avroya başa gəlib. Neradzurri rəhbərliyi hesab edir ki, 29 yaşlı belçikalı bu pula dəyməz, ona görə də “İnter” Lukakunu almağa və ya icarə müddətini daha bir il uzatmağa cəhd etməyəcək.
“İnter” transfer bazarda yeni forvard axtaracaq. Ən çox ehtimal olunan namizədlər “Liverpul”dan Roberto Firmino və “Borussiya Münhenqladbax”dan Markus Tyuramdır.
Bu mövsüm Lukaku “İnter”in heyətində bütün turnirlərdə 24 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aut.az
