Medina: Messini qucaqlayaram, Mbappeni isə təcili yardımla apararlar
“Lans”ın müdafiəçisi Fakundo Medina Lionel Messi və Kilian Mbappe ilə bağlı zarafat edib.
“Lans” aprelin 15-də Liqa 1-in 31-ci turunda səfərdə PSJ ilə qarşılaşacaq. Argentinalı Fakundo Medina Parisin ulduz hücumçularına qarşı necə oynayacağını açıqlayıb.
“Əgər Messi oyun zamanı məndən uzaqlaşsa, onu köynəyindən tutacağam və qucaqlayacağam. Dünya Kubokundakı qələbəyə görə.
Yox, əgər Mbappe məndən qaça bilsə, onu təcili yardım maşını ilə aparacaqlar”, – Medina “YouTube” kanalı “ebeplay”- da deyib.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Argentina DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub etmişdi.
Aut.az
