Almaniya

O hərəkətinə görə üzr istədi

“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix Almaniya Bundesliqasının 27-ci turunun “Frayburq”la oyunundan (1:0) sonra rəqib tribunaları qarşısında bayram etdiyinə görə üzr istəyib.

“Bavariya” “Frayburq”u 51-ci dəqiqədə Matteys de Liqtin qolu sayəsində məğlub edib. Kapitan sarğısını taxan Kimmix qarşılaşmadan sonra rəqibin tribunalarına yaxınlaşaraq onların qarşısında hörmətsiz şəkildə bayram edərək meydanda dava salıb. Coşua etdiyi hərəkətə görə üzr istəyib.

“Həddindən artıq emosiya var idi. Qələbə bizim üçün çox vacib idi, kubokdakı məğlubiyyət komandanı çox qəzəbli etmişdi.  Amma mən çaşıb qaldım, bunu etməli deyildim. Bu, qeyri-idman hərəkəti idi”, – deyə “Goal” Kimmixdən sitat gətirib.

Bundan əvvəl Almaniya kubokunun 1/4 final matçında “Bavariya” “Frayburq”a uduzub (1:2).

Aut.az