Son mərhələdir, uzadacaqlar
“Milan”ın idman direktoru Frederik Massara Olivye Jiru ilə müqaviləni tezliklə uzadacaqlarını açıqlayıb.
İtaliya mətbuatı “rossoneri”nin idman direktorundan sitat gətirib: “Biz Olivye Jiru ilə müqaviləni uzatmaq üçün danışıqların son mərhələsindəyik”.
36 yaşlı Jirunun yeni müqaviləsinin 2024-cü ilin yayına qədər nəzərdə tutulacağı gözlənilir.
Fransız futbolçu bu mövsüm “Milan”ın heyətində 35 matçda 12 qol vurub.
Aut.az
