Konte tarixə düşdü
İtaliya Seria A-sının üçüncü turunda “Napoli” səfərdə “Fiorentina” üzərində 3:1 hesablı qələbə qazanıb.
Aut.az xəbər verir ki, matç maraqlı statistik göstərici ilə yadda qalıb.
“Napoli”nin baş məşqçisi Antonio Konte Seria A-da 500 xal toplayıb. Bunu reallaşdırmaq üçün ona baş məşqçi kimi 244 oyun kifayət edib. Bu, liqa tarixində ən sürətli göstəricidir.
Aut.az
