Dünya futbolu

Məşhur qapıçıya xərçəng diaqnozu qoyuldu

Məşhur ukraynalı qapıçı Sergey Litovçenkoya xərçəng diaqnozu qoyulub.

Aut.az xəbər verir ki, bu barədə məşqçi Nikita Çernıx məlumat verib.

Azad agent olan 35 yaşlı qapıçı bahalı kimyaterapiya kursu keçməlidir.

“Sergey Litovçenkoya xərçəng diaqnozu qoyuldu. Kimyaterapiya, müalicə üçün bahalı dərmanlar lazımdır, bu da ailəsi üçün çox çətindir. Ona görə də hər cür köməklik etməyinizi xahiş edirəm.

Əgər kafedə bir fincan qəhvədən imtina etsəniz və kömək üçün pul göndərsəniz, bizə çox dəstək olar! Sizin köməyinizə ehtiyacımız var”, – Çernıx “İnstaqram”da yazıb.

Xatırladaq ki, Litovçenko Ukrayna çempionatında “Volın”, “Naftovik”, “Olimpik” və “Çernomorets”in heyətində çıxış edib. Qapıçı Gürcüstan və Qazaxıstanda da oynayıb.

Aut.az