Dünya futbolu

Paxıllığa ehtiyac yoxdur: Onlardan qorxmayın

UEFA prezidenti Aleksander Çeferin Premyer Liqanın maliyyə üstünlüyünün Avropa futbolu üçün problem olduğuna inanmır.

Aut.az xəbər verir ki, UEFA prezidenti İngiltərə çempionatını Superliqa ilə müqayisə etməməyi xahiş edir.

“Paxıllığa ehtiyac yoxdur, paxıllıq heç vaxt müsbət bir şey verməyib. İngilislərin Superliqaya “yox” deməsindən sonra Premyer Liqa Superliqa ilə müqayisə edilərək iblisləşdirilməyə və damğalanmağa başladı. Lakin Premyer Liqanın uğuru təsadüfi deyildi. Çempionat rəhbərliyi və klublar dağıdan yox, quran model hazırlayıblar. “

Premyer Liqanın hamını əzəcəyini güman etmək lazım deyil. Son 20 il ərzində Çempionlar Liqasını beş dəfə Premyer Liqa klubları qazanıb, son 10 ildə yalnız iki dəfə”, – Çeferin deyib.

Aut.az