Türkiyə klubundan Braziliyaya
“Trabzonspor”un futbolçusu Vitor Huqo karyerasını Braziliyada davam etdirəcək.
Aut.az xəbər verir ki, müdafiəçi “Bahia” klubuna keçib. Bu barədə Türkiyə təmsilçisinin mətbut xidməti məlumat yayıb.
Braziliya klubu 31 yaşlı müdafiəçi üçün 1,8 milyon avro ödəyəcək.
2020-ci ilin yayından “Trabzonspor”da forma geyinən futbolçu bu mövsüm Super Liqada 20 oyuna çıxıb.
