Azərbaycan futbolu

Messi ilə şəkil çəkdirən futbolçu Tovuza gəlir

“Turan Tovuz” heyətini daha bir legionerlə gücləndirir.

Aut.az xəbər verir ki, əyalət təmsilçisi qanalı Divin Naahla müqavilə imzalamağa hazırlaşır. Sözləşmənin müddəti 2 ay+1 illik olacaq.

2015-ci ildə “Mançester Siti”yə transfer olunan yarımmüdafiəçi “şəhərlilər”in heyətində möhkəmlənə bilməyib. 4 il ərzində 6 klubda icarə əsasında çıxış edib. İngiltərə klubundan ayrıldıqdan sonra da bu proses davam edib. Son olaraq 2 il Litva təmsilçisi “Jalgiris”də çıxış edib.

Qışda Rusiya “Kuban”ının düşərgəsində olub. Ancaq klubun fəaliyyətini dayandırmasından sonra işsiz qalıb.