İngiltərə

Qvardiolanın Qvardiol planı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Leypsiq”in müdafiəçisi Yoşko Qvardiolu komandasında görmək istəyir.

Aut.az xəbər verir ki, o, xorvatiyalı müdafiəçinin transfer edilməsi üçün rəhbərliyə müraciət edib. Bu barədə “Footmercato” məlumat yayıb.

Bildilir ki, mütəxəssis 21 yaşlı futbolçunu əsas heyətdə yerini itirən və komandadan göndərilməsi müzakirə edilən Emerik Laportaya əvəzləyici kimi görür. Buna görə də, İspaniya millisinin üzvü mövsümün sonunda Mançester təmsilçisindən ayrılmalı olacaq.

Qvardiolla bağlı məsələyə gəlincə, “şəhərlilər”in bu transferdəki tək rəqibi “Real”dır. Madrid təmsilçisi DÇ-2022-dəki çıxışından sonra xorvatiyalı futbolçunu heyətinə qatmağa çalışır. Klublar onu transfer etmək üçün 80 milyon avro ətrafında pul ödəməli olacaqlar.

Qeyd edək ki, Yoşko Qvardiol 2021-ci ildən “Leypsiq”də çıxış edir. O, Qətərdə keçirilən mundialda Xorvatiya millisi ilə bürünc medal qazanıb.