İspaniya

Yenə də qadağa – Səbəblər bəllidir

“Barselona” növbəti yay transfer pəncərəsində heyətinə yeni futblçu qata bilməyəcək.

Aut.az xəbər verir ki, bu barədə La Liqa prezidenti Xavier Tebas açıqlama verib. O, maliyyə feyr-pley qaydaları ilə əlaqədar Kataloniya təmsilçisinin transfer problemi yaşayacağını deyib:

“Barselona” qış fasiləsində maliyyə problemləri səbəbindən futbolçu ala bilmədi. Onlara icazə vermədik. Həmçinin “Barselona” yayda da transfer edə bilməyəcək. Xuan Laporta mənə əsəbiləşəcək, amma əvvəlcə çox şeyin dəyişməsi lazımdır”.

Qeyd edək ki, “Barselona” qış transfer pəncərəsində də transfer edə bilməmişdi. Klub ötən ilin yayında isə yeni oyunçularını qeydiyyatdan keçirməkdə çətinlik çəkmişdi.