İngiltərə

İranlı milyarderə “yox” dedilər

“Tottenhem”in sahibləri klubu satmaq fikrində deyil. Bundan əvvəl məlumat yayılmışdı ki, iranlı milyarder Cam Nəcəfi London klubunu almaq üçün təklif hazırlayıb.

“Financial Times” idda edirdi ki, NBA klubu “Finiks”in sahibi olan Nəcəfi, görə, “Tottenhem”i almaq üçün 3,1 milyard funt-sterlinq təklif lə bağlı investorlar konsorsiumu ilə işləyir.

Aut.az xəbər verir ki, “Tottenhem”in sahibi Co Lyuis və direktorlar şurasının sədri Daniel Levi klubu satmaq barədə düşünmürlər və uzunmüddətli planlarına sadiqdirlər.

Keçən ay 60-a yaxın “Tottenhem” azarkeşi sərmayə çatışmazlığı səbəbindən klub sahiblərinə qarşı məşq meydançasında etiraz aksiyası keçiriblər.

Klubun son maliyyə hesabatına görə, “Tottenhem” 2019-cu ilin aprelindən bu yana heyətə 500 milyon funt sterlinqdən çox sərmayə qoyub, “Çelsi” isə təkcə bu ilin yanvarında 288 milyon funt-sterlinq xərcləyib.

Aut.az