Dağıntılar altında qalan legionerdən xəbər var
Türkiyədə baş verən zəlzələ zamanı “Hatayspor”un futbolçusu Kristian Atsunun dağıntılar altında qaldığı barədə məlumat vermişdik.
Aut.az xəbər verir ki, qanalı vingerdən şad xəbər var. Uzun axtarışlardan sonra onu xilas etmək mümkün olub. Bu barədə klubun idarəçisi Mustafa Özat məlumat verib.
Onun sözlərinə görə, futbolçu dağıntılar altından sağ çıxarılsa da, ciddi xəsarətlər alıb. Atsu hazırda xəstəxanadadır. 31 yaşlı futbolçunun sağ ayağı zədələnib və nəfəs darlığından əziyyət çəkir.
