Türkiyə

“Tranzonspor” ukraynalı ilə bağlı danışıq aparır

“Trabzonspor” ukraynalı hücumçu Roman Yaremçukla bağlı “Brügge” ilə danışıqları davam etdirir.

Aut.az xəbər verir ki, bu barədə  Türkiyə mətbuatı məlumat yayıb.

Söhbətin tam transferdən getdiyi bildirilir.

Lakin vaxtilə Romana görə 17 milyon avro ödəyən “Brügge” bu məbləğin böyük hissəsini geri almaq istəyir, ona görə də danışıqlar çətin keçir.

Əvvəllər Yaremçukun karyerasını Türkiyədə davam etdirməyə hazır olması barədə məlumatlar var idi.

Yaremçuk ötən mövsüm icarə əsasında “Valensiya”da çıxış edib.

Aut.az