İkardi dünyanın ən bahalı avtomobilini aldı – VİDEO
“Qalatasaray”ın hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb
Aut.az “L’Equipe” nəşrinə istiinadən bildirir ki, 30 yaşlı argentinalı futbolçu “Rolls Royce Boat Tail” alıb. Bu markadan yalnız üçü ədəd hazırlanıb. Mətbuatın yazdığına görə, avtomobil İkardiyə 26 milyon avroya başa gəlib.
“ Boat Tail” indi dünyanın ən bahalı yeni avtomobili hesab olunur. Xüsusilə bu model üçün 1813 hissə hazırlanmışdır. Modellərdən biri sərvətini mirvarilərlə qazanan sənayeçiyə satılıb, digəri isə şayiələrə görə Cey Zi və Beyonse tərəfindən alınıb.
Hazırlanması dörd il çəkmiş kabriolet iki turbinli 6,75 litrlik V12 mühərriki ilə təchiz edilib. Güc – 563-dən 600 at gücünə qədər.
