Dünya futbolu

“Bavariya” İbrahimoviçlə müqavilə imzaladı

Almaniyanın “Bavariya” klubunda yeni müqavilə qeydə alınıb.

Aut.az xəbər verir ki, Münhen təmsilçisi öz yetirməsi olan Ariyon İbrahimoviçin sözləşməsinin müddətini uzadıb. 17 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yayına kimi “Bavariya”ya məxsus olacaq.

Qeyd edək ki, Ariyon İbrahimoviç “Bavariya”nın yetirməsidir. Kosovo əsilli almaniyalı vinger əsas komandanın heyətində debüt etməyib.