Türkiyə

“Mançester Siti”nin futbolçusu Türkiyə yolunda

“Mançester Siti” klubunun türk əsilli futbolçusu İlkay Gündoğan karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Aut.az xəbər verir ki, “Qalatasaray” klubu 2 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. İstanbul təmsilçisinin rəhbərliyi təcrübəli futbolçunu transfer etmək üçün fəaliyyətə başlayıb. Hazırda İngiltərə klubu ilə danışıqların getdiyi bildirilir. Futbolçunun klubuyla müqaviləsi mövsümün sonunda başa çatacağından bu keçidin baş tutması real görünür.

Qeyd edək ki, Almaniya millisinin də formasını geyinən Gündoğan 2016-cı ildən “Mançester Siti”də çıxış edir.