Rusiyalı tennisçiləri Avstraliyaya buraxacaqlar?
Rusiya və Belarus idmançılarına daha bir yarışda iştirak hüququ verilib.
Aut.az xəbər verir ki, söhbət ənənəvi olaraq hər ilin yanvarında keçirilən tennis üzrə Avstraliya Açıq çempionatından (Australian Open) gedir. Bu barədə yerli tennis federasiyası rəsmi məlumat yayıb.
Bildirilib ki, rusiyalı və belaruslu tennisçilər yanvarın 16-dan 29-dək baş tutacaq turnirdən kənarlaşdırılmayacaqlar və onlarla bağlı heç bir məhdudiyyət tətbiq edilməyəcək. Sözügedən ölkələri təmsil edən heyətlər həmişəki qaydalarla “Australian Open”də mübarizə aparacaqlar.
Qeyd edə ki, turnirin son finalçılarından biri elə rusiyalı Daniil Medvedev olub. O, həlledici görüşdə ispaniyalı Rafael Nadala məğlub olaraq “Böyük dəbilqə” seriyasından olan yarışı ikinci pillədə başa vurub.
