Qayıtdı – Fotolar
PSJ Lionel Messinin klubun düşərgəsinə qayıtdığını açıqlayıb.
Aut.az xəbər verir ki, Paris klubu Leonun şəkillərini paylaşıb. Çərşənbə günü argentinalı futbolçu parislilərin məşq mərkəzinə gələrək komanda yoldaşları ilə görüşüb.

Messi Dünya çempionatından sonra ona verilən 10 günlük məzuniyyətdən sonra Parisə qayıdıb.

Lionelin yanvarın 11-də “Anyer”lə oyunda meydana çıxacağı bildirilir.
