Köşələrimiz

  • Köşə
AFFA-nın “damar əməliyyatı”: Milləti belə sakitləşdirdilər

AFFA-nın “damar əməliyyatı”: Milləti belə sakitləşdirdilər

05 Dekabr 2023

Samir Abasov Murad Musayevi belə öldürdü

Samir Abasov Murad Musayevi belə öldürdü

25 Oktyabr 2023

Azərbaycan futbolunun siması – “İrəvan”

Azərbaycan futbolunun siması – “İrəvan”

24 Oktyabr 2023

Rövnəq Abdullayev gedir, Rövşən Nəcəf gəlirsə…

Rövnəq Abdullayev gedir, Rövşən Nəcəf gəlirsə…

09 Oktyabr 2023

Xəbər lenti

Belə olsa, istefa verəcək

Pişik kimi idik, amma indi… – Qvardiola

09 Dekabr 2023

Günün oyunları – TV

Günün oyunları – TV

09 Dekabr 2023

Cavab, yoxsa…

Çağırdılar, hakimlərlə bağlı dediyi bu sözə görə hesabat verdi

09 Dekabr 2023

Ronaldo 1200-ə çatdı və bu sözləri yazdı

Ronaldo 1200-ə çatdı və bu sözləri yazdı

09 Dekabr 2023

Parisdə gender bərabərliyi olacaq

Ruslar və belaruslar olimpiadaya bu halda buraxılacaqlar – Şərtlər

09 Dekabr 2023

Tezliklə imzalayacaq

Tezliklə imzalayacaq

09 Dekabr 2023

“Qəbələ” “Kəpəz”i, “Zirə” “Araz Naxçıvan”ı qəbul edir – YENİLƏNİR

“Qəbələ” “Kəpəz”i, “Zirə” “Araz Naxçıvan”ı qəbul edir – YENİLƏNİR

09 Dekabr 2023

4-cü divizion klubu şikayət etdi – FİFA araşdırır

FİFA 3 sifariş alıb – ABŞ və Meksika yenə də…  

09 Dekabr 2023

Onun taleyi necə olacaq? – Klopp deyir ki…

Onun taleyi necə olacaq? – Klopp deyir ki…

09 Dekabr 2023

Türkiyə kubokunun püşkü atıldı

Türkiyə kubokunun püşkü atıldı

09 Dekabr 2023

Qolsuz start

Qolsuz start

09 Dekabr 2023

“Valensiya” məğlub oldu

“Valensiya” məğlub oldu

09 Dekabr 2023

“Yuventus” “Napoli”ni məğlub etdi

“Yuventus” “Napoli”ni məğlub etdi

09 Dekabr 2023

Açılış oyununda 4 qol

Açılış oyununda 4 qol

09 Dekabr 2023

Yığmamız Estoniyaya da uduzdu

Yığmamız Estoniyaya da uduzdu

09 Dekabr 2023

Şahruddin oynadı, “Qalatasaray” qalib gəldi

Şahruddin oynadı, “Qalatasaray” qalib gəldi

09 Dekabr 2023

“Xırdalan” qələbə qazandı

“Xırdalan” qələbə qazandı

09 Dekabr 2023

FİFA Səudiyyə Ərəbistanına işləyib? – Şahzadə iddialara cavab verdi  

FİFA Səudiyyə Ərəbistanına işləyib? – Şahzadə iddialara cavab verdi  

09 Dekabr 2023

Belçika millisinin sabiq üzvü atışma zamanı xəsarət aldı

Belçika millisinin sabiq üzvü atışma zamanı xəsarət aldı

09 Dekabr 2023

  • Trending
  • Comments
  • Latest
Öz günahındır, çək, Qurban Qurbanov

Öz günahındır, çək, Qurban Qurbanov

26 Fevral 2023
“Neftçi” Almaniyada: 4 məğlubiyyət, 2 qələbə

“Neftçi” Mahir Emrelini və “Qarabağ”ın bu futbolçusunu alır – Danışıqlar başladı

24 İyul 2023
“Qalatasaray” növbəti mərhələdə – İCMAL

“Qalatasaray” növbəti mərhələdə – İCMAL

03 Avqust 2023
“Qarabağ”da gözlənilməz ayrılıq: “Neftçi”yə keçir

“Qarabağ”da gözlənilməz ayrılıq: “Neftçi”yə keçir

20 İyul 2023
“Qarabağ”da nə baş verir? – Hədəfdə onlardır

“Qarabağ”da nə baş verir? – Hədəfdə onlardır

28 Fevral 2023
“Neftçi”yə qarşı hörmətsizlik edən gürcünün aqibəti necə olacaq? – Qurban Qurbanov qərar verdi

“Neftçi”yə qarşı hörmətsizlik edən gürcünün aqibəti necə olacaq? – Qurban Qurbanov qərar verdi

01 Mart 2023
Mahir bu gün Türkiyəyə gedir – Müqavilənin ŞƏRTLƏRİ

Mahir Emreli Azərbaycana qayıdır: Bu klubla danışıq aparacaq

09 İyun 2023
Bir istefanın detalları: Qovulan Gündüz Abbaszadədir, vurulan Qurban Qurbanov

Bir istefanın detalları: Qovulan Gündüz Abbaszadədir, vurulan Qurban Qurbanov

13 İyun 2023
Musa Qurbanlı Avropanın ən yaxşıları arasında

Musa Qurbanlı “Qarabağ”dan gedir – Bu Avropa klubuna keçir

03 May 2023
“Qarabağ” “Legiya”yla bacarmadı

“Qarabağ” “Legiya”yla bacarmadı

01 İyul 2023
Canni de Byazi Azərbaycanda nə qədər məvacib alır?

Canni de Byazi Azərbaycanda nə qədər məvacib alır?

Qurban Qurbanovu ya həbs etməlidirlər, ya da…

Qurban Qurbanovu ya həbs etməlidirlər, ya da…

Rəşad Sadıqovu “tələ”yə salanlar

Rəşad Sadıqovu “tələ”yə salanlar

FENERBAHÇE 4-0 KONYASPOR-İCMAL

FENERBAHÇE 4-0 KONYASPOR-İCMAL

Kadi Rusiyanı cəmisi bir sözlə belə təsvir etdi

Kadi Rusiyanı cəmisi bir sözlə belə təsvir etdi

Təklif var

Təklif var

Millimizə yeni baş məşqçi, yoxsa Byazi ilə yola davam

Rövnəq Abdullayevin heç bir məsuliyyəti yoxdur?

Qara stadionda nə görüb?

Kadi sirri açdı

Kadi sirri açdı

Emin fərqi göstərdi

Emin fərqi göstərdi

Belə olsa, istefa verəcək

Pişik kimi idik, amma indi… – Qvardiola

09 Dekabr 2023
Günün oyunları – TV

Günün oyunları – TV

09 Dekabr 2023
Cavab, yoxsa…

Çağırdılar, hakimlərlə bağlı dediyi bu sözə görə hesabat verdi

09 Dekabr 2023
Ronaldo 1200-ə çatdı və bu sözləri yazdı

Ronaldo 1200-ə çatdı və bu sözləri yazdı

09 Dekabr 2023
Parisdə gender bərabərliyi olacaq

Ruslar və belaruslar olimpiadaya bu halda buraxılacaqlar – Şərtlər

09 Dekabr 2023
Tezliklə imzalayacaq

Tezliklə imzalayacaq

09 Dekabr 2023
“Qəbələ” “Kəpəz”i, “Zirə” “Araz Naxçıvan”ı qəbul edir – YENİLƏNİR

“Qəbələ” “Kəpəz”i, “Zirə” “Araz Naxçıvan”ı qəbul edir – YENİLƏNİR

09 Dekabr 2023
4-cü divizion klubu şikayət etdi – FİFA araşdırır

FİFA 3 sifariş alıb – ABŞ və Meksika yenə də…  

09 Dekabr 2023
Onun taleyi necə olacaq? – Klopp deyir ki…

Onun taleyi necə olacaq? – Klopp deyir ki…

09 Dekabr 2023
Türkiyə kubokunun püşkü atıldı

Türkiyə kubokunun püşkü atıldı

09 Dekabr 2023
09 Dekabr 2023
AUT.AZ
  • Əsas səhifə
  • FUTBOL
    • Azərbaycan futbolu
    • Dünya futbolu
    • Çempionlar Liqası
    • Avropa Çempionatı
    • Avropa Liqası
    • Dünya cempionatı
    • Konfrans Liqası
    • Millətlər Liqası
  • Digər
    • Futzal
    • Güləş
    • Gimnastika
    • Qaydasız döyüş
    • Hokkey
    • Həndbol
    • Tennis
    • Şahmat
  • Canlı hesab
  • Canlı Yayım
No Result
View All Result
AUT.AZ
  • Əsas səhifə
  • FUTBOL
    • Azərbaycan futbolu
    • Dünya futbolu
    • Çempionlar Liqası
    • Avropa Çempionatı
    • Avropa Liqası
    • Dünya cempionatı
    • Konfrans Liqası
    • Millətlər Liqası
  • Digər
    • Futzal
    • Güləş
    • Gimnastika
    • Qaydasız döyüş
    • Hokkey
    • Həndbol
    • Tennis
    • Şahmat
  • Canlı hesab
  • Canlı Yayım
No Result
View All Result
AUT.AZ
No Result
View All Result
Ev FUTBOL Azərbaycan futbolu

Tural Dadaşovun həyəcanı: “Bir də baxdım ki, əlimdəki qələm əsir…

22 Dekabr 2022
0 0
A A
0
Tural Dadaşovun həyəcanı: “Bir də baxdım ki, əlimdəki qələm əsir…
Share on FacebookShare on Twitter

Futbol üzrə dünya çempionatının final oyunu ilin ən pozvitiv hadisəsi oldu desək, yanılmarıq. Nəfəsimiz kəsilsə, sinirlərimiz gərilsə də, fransızları çıxmaq şərtiylə, Messili Argentinanın qələbəsi az qala bütün dünyada hər kəsi sevindirdi, həm də duyğulandırdı. İdman şərhçiləri də, yekdilliklə o fikirdədir ki, futbol tarixində bu qədər yüksək hərarətli oyunlar nadir hallarda baş verir. Görünən odur ki, oyunun dadı-duzu hələ uzun müddət damağımızdan getməyəcək.

Tanınmış idman jurnalisti Tural Dadaşov DÇ 2022 barədə təəssüratlarını Publika.az-a bölüşüb və bildirib ki, Argentina çempionluğa layiq idi. Şərhçi, eyni zamanda televiziyaya gəlişi, Azərbaycanda idman jurnalistikasındakı problemlərdən söz açıb.

– Tural bəy, müsahibədən öncə kiçik axtarış etdim və haqqınızda ətraflı məlumata rast gəlmədim. Məncə, oxucuların sizi yaxından tanımağa ehtiyacı var.

– 1984-cü ildə Bakı şəhərində anadan olmuşam. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakultəsində fəlsəfə ixtisası üzrə təhsil almışam. Ardından Sosial fəlsəfə ixtisası üzrə magistraturanı bitirmişəm. 2005-ci ildən televiziya sahəsində çalışıram. Fəaliyyətim, əsasən idman verilişləri və yayımları, eləcə də intellektual oyunlar ilə bağlıdır.

– Peşənizlə uşaqlıq arzularınız nə qədər mütənasibdir?

– Təxminən18 ildir idman sahəsində çalışıram. Ancaq 30 ildən artıqdır futbol həvəskarıyam. 1991-ci ildə “Neftçi”nin 1-ci dəstə oyunlarından futbola baxmağa başlamışam. “Rotor”, “Kayrat”, “Tavriya”, “Zimbru”, “Geoloq” və digər klublarla oyunlar hələ də yadımdadır. 1992-ci ildə İsveçdə keçirilən futbol üzrə Avropa çempionatından sonra isə əməllicə “xəstələndim” və azarkeşə çevrildim. Ona görə də peşəmin uşaqlıq arzularımla tam uzlaşdığını düşünürəm. Həmişə demişəm, gördüyün iş özünə maraqlı olmayanda artıq iş deyil, işgəncəyə çevrilir. Məndə tam əksidir.

– Televiziyaya yolunuz haradan və necə başladı?

– 2005-ci ilin iyun ayında İctimai Televiziyanın fəaliyyətə başlayacağı və işçi qəbulu ilə bağlı xəbər tutdum. O zaman magistraturanın 1-ci kursunu bitirimşdim. Sənədlərimi hazırlayıb gəldim. Televiziyaya intellektual oyun layihələri ilə gəlmişəm. Gənclər və İdman departamentinin direktoru Natiq Abdullayev fikirlərimlə tanış oldu və dedi ki, sabahdan gələrsən. Onda hamımız sınaq müddətindəydik. Hər kəsə özünü təsdiqləmək üçün şans verilmişdi. Yeni fəaliyyətə başlayan televiziyada studiyalar hələ tam hazır olmadığına görə intellektual oyunun çəkilməsi təxirə salındı. Bu arzum 3 il sonra “Xəmsə” Milli İntellektual oyunun aparıcısı olanda reallaşacaqmış. Mənə isə idman xəbərləri və verilişlərinə apracı kimi sınaq çəkilişlərinə qatılmaq təklif olundu. Bir neçə çəkilişdən sonra qocaman operatorumuz Tahir Qarayev mənə yaxınlaşıb dedi ki, Baş direktor İsmayıl Ömərov səni bəyəndi, bir az da yaxşı hazırlaş. Avqustun 29-u İTV-nin açılışı baş tutdu. Ertəsi gün idman xəbərlərindən birinə mən çıxdım. Canlı efir idi, suflyor da yox idi hələ. Bir də baxdım ki, həyəcandan əlimdəki qələm əsir. Tez stolun üstünə qoydum ki, bilinməsin. Belə başladı hər şey…

– İdmanın qaydaları sərt və amansızdır. Güclü olmaq istəyirsənsə, gecə-gündüz çalışmalı və bütün çətinliklərə dözməlisən. Bəs idman jurnalistikasında vəziyyət necədir? Bu sahənin bilicisi ola bilmək üçün nələrdən keçmək lazım gəlir?

– Məsələyə sırf televiziya idman jurnalistikası baxımından yanaşacağam. İdman jurnalistikası spesifik sahədi. Yəni idmanla heç vaxt maraqlanmayıb sırf iş olsun deyə bu sahədə çalışmaq mümkün deyil. Çox geniş bir məlumat bazası olmadısa, baş çıxara bilməyəcəksən. Elə ilk addımlardan bilincək ki, səhv yerdəsən. Axı bizim işimiz hamının gözü qarşısında olur. Başqa sahədə çalışan adam səhv edəndə, məsələn, 10 nəfər bunu bilirsə, bizim səhvimizi hamı görür, görməyənlər də sosial şəbəkədəki paylaşımlarda xəbər tutur. Odur ki, elə burada da idmanda olduğu kimi daim öz üzərində işləməlisən. Yorğun olsan da, yuxuna haram qatıb oyunları izləməlisən. Yerli və xarici mətbuatı daim diqqətdə saxlamalısan. Çalışmalısan ki, hər hadisəyə öz yanaşman olsun. Heç bir sahədə uğur asanlıqla əldə olunmur. Bu sahədə də həmçinin.

– İdman jurnalistikasında kadr çatışmazlığı yaşanırmı? Səbəbləri nədə görürsünüz?

– Düşünmürəm ki, idman junalistikasında kadr çatışmazlığı var. Əksinə, burada istedadlı jurnalistlər hər zaman yetərincə olub. Ancaq problemlər bir çoxlarını bu sahədən uzaq salıb. Xüsusilə çap və onlayn mediada olan maddi problemləri qeyd etməliyəm. Bu vəziyyətin səbəbləri çoxdur. Yaranmış vəziyyət idman jurnalistlərinin potensialını tam açmağa da mane olur. Əgər bu sıxıntılar olmasa, bu sahəyə axın daha yüksək olardı, güclü kadrlar da dolanışıq üçün başqa sahələrə yönəlməzdi.

– Şərhçilər necə yetişir, Azərbaycanda şərhçilik məktəbi formalaşıbmı?

– Televiziyalarda çalışanlar işin bir hissəsi kimi bəlli bir vaxtda şərhçiliklə məşğul olmağa başlayır. Təbii ki, lazımi kriteriyalara uyğun gəlirsə. Məsələn, 2005-ci ildə İctimai telekanal fəaliyyətə başlayan kimi İspaniya La liqasının yayım hüququna sahib çıxdı. Mənim o zaman 21 yaşım var idi. Rəhbərliyin təkidinə baxmayaraq şərhə çıxmaqdan imtina etdim. Çünki özümü hələ hazır saymırdım. Ümumiyyətlə, hər şey öz vaxtında gözəldir. Nə vaxtsa görsəm ki, artıq çatdırmıram, gənclər daha üstün iş ortaya qoyur, o zaman tərəddüd etmədən bu sahədə fəaliyyətimi dayandıracağam. Bir neçə ildən sonra Avropa Liqasının oyunlarında artıq bu işin öhdəsindən gələ biləcəyimə inandım və şərhçilik fəaliyətinə başladım. Buna qədər isə digər idman növlərində şərhlərə çıxırdım. Futbol şərhçiliyi tam fərqlidir. Çünki futbola baxanların əksəriyyəti bu idman növünü yüksək səviyyədə bilir, tükü-tükdən seçir. Hər futbol şərhi bir imtahandır. Digər idman növlərində elə deyil, burada şərhçinin hər hansı çatışmazlığı nadir hallarda qabardılır. Ümumiyyətlə, futbol şərhçisinə qarşı olan tamaşaçı tələbkarlığı istər xəbər aparıcısı, tok-şou, əyləncəli verilişlər və digər sahələrdəki aparıcılardan qat-qat yüksəkdir. Hətta deyərdim bu, tamaşaçı tələbkarlığından tamaşaçı qəddarlığına keçib. Təkcə bizdə belə deyil, futbolun ən popular idman növü olduğu ölkələrin hamısında belədir. Suala cavab olaraq əminliklə deyə bilərəm ki, Azərbaycanda şərhçilik məktəbi formalaşıb. Bizim istər futbol, istər digər idman növlərində çox güclü şərhçilərimiz var. Onların Türkiyə və Rusiya şərhçilərindən geri qaldığını qətiyyən düşünmürəm.

– İctimai TV-nin ölkə ərazisində DÇ-nin eksklüziv yayımçısı olması və bunun nəticəsində (ölkə ərazisində yayım lisenziyasının müəyyən müddəlarını nəzərə alaraq) digər futbol kanallarının yayımının dayandırılmasını bəzi futbolsevərlər müsbət addım kimi qarşılamamışdı. Bu barədə nə deyə bilərsiniz?

– Qeyd etdiyiniz kimi, İctimai Televiziya mundialın Azərbaycan ərazisində eksklüziv yayımçısıdır. Hər ölkənin öz yayımçısı olur və müqavilə şərtlərinə görə yalnız ölkə ərazində oyunları göstərmək hüququ əldə olunur. Başqa ölkə ərazisinə siqnalın ötürülməsi ciddi pozuntudur. İctimai televiziyanın bu addımı hüquqi cəhətdən tam doğrudur. Düşünürəm ki, bu məsələdə mətbuat da öz öhdəsinə düşəni edə bilmədi. Hansısa vəkildən fikir alınır və o deyir ki, burada istehlakçının hüququ pozulur. Bununla odun üstünüə yağ tökülür, tamaşaçılar daha da aqressivləşir. Kimsə məsələn, Matç tv-yə sorğu göndərib maraqlandımı ki, sizin Azərbaycan ərazisində Kabel televiziyaları vasitəsiylə dünya çemponatını yayımlamaq hüququnuz varmı? Ümumiyyətlə sizin telekanalın Rusiyadan kənarda yayımının qanuni əsasları nələrdir? Mən bunu görmədim. Bax, bu suallara cavab tapılmalıydı. Yoxsa hansısa kabel televiziyasının operatoruna zəng edib, “bizə belə tapşırılıb” cavabını alıb yazmaqla məsələnin mahiyyətini çözmək mümkün deyil.

– Eyni zamanda futbol şərhçiləri də zaman-zaman tənqid atəşinə məruz qalır. Şərhlərinizlə oyunu maraqlı etdiyiniz üçün təşəkkür edirəm. Və bilmək istərdim ki, ünvanınıza deyilən ən ədalətli iradı kimdən və nə zaman eşidibsiniz?

– Mən sizə təşəkkür edirəm ki, vaxt ayırıb izləyibsiniz və dəstək olursunuz. İradlar hər zaman olur. Bu, işimizin bir hissəsidir. Futbolçu hər oyunu yüksək səviyyədə oynaya bilmədiyi kimi, şərhçi də eyni xətt üzrə bütün oyunları yüksək səviyyədə şərh edə bilməz. 4-5 ardıcıl yaxşı şərhdən sonra elə olur ki, hansısa oyunda zəif işləyirsən. Bunun həm subyektiv, həm də obyektiv səbəbləri ola bilər. Məsələn, səhhətində problemlər ola bilər, ancaq bu, sənin problemindir. Tamaşaçı bunu bilmir, bilməli də deyil. Bu dünya çempionatında şərh etdiyim ilk 4 oyunda xəstə idim, səsim də tam qaydasında deyildi. Ancaq efir başladısa, artıq hər şeyi unutmalısan. Bəzən, şərhçidən asılı olmayan səbəblər olur. Şərhçinin ən yaxın dostu interküydür, yəni stadiondan gələn səs. Pandemiya vaxtı boş tribunalar önündə keçirilən oyunlar çox əziyyətli idi. Çünk, nə etsən də, tamaşaçının istədiyini verə bilmirsən və burada səndən asılı bir şey yoxdur. Hər zaman iradlara, tənqidlərə həssas yanaşmışam. Haqlı tənqidlərdən nəticə çıxarmağa çalımışam. Bəzən əsassız tənqidlər də olur, bunu da təmkinlə qarşılamaq lazımdır, çünki tamaşaçı hər zaman haqlıdır, haqsız olanda belə.

– DÇ 2022 əvvəlkilərdən nə ilə fərqləndi və yadda qaldı?

– Bu, mənim izlədiyim 8-ci, şərhçi kimi çalışdığım 3-cü dünya çempionatı idi. Qətər mundialı İctimai Televiziyanın yayımladığı ardıcıl 3-cü dünya çempionatı oldu. 2014-cü ildəki çempionatda da şərhçi kimi çalışmışdım. O zaman final oyunu üçün akreditə olunub Rio De Janeyroya getmişdim. Əfsanəvi “Marakana”dakı Almaniya-Argentina finalında da şərhçi kimi olmasa da, jurnalist kimi işləmişəm. 2018-ci ildəki çempionatda açılış və final oyunları daxil olmaqla şərhçi kimi çalışmışam. Amma bu çempionat digərlərindən çox fərqli oldu. 2014 və 2018-ci illərdə biz yayımı İdman TV ilə bölüşmüşdük və təbii ki, iş həcmi də nisbətən az idi. Bu dəfə isə 64 oyundan 56-sı İctimai Televiziyanın efirində təqdim olundu. CBC Sportdan əməkdaşlıq üçün cəlb olunan şərhçi dostlarımız da yüksək iş ortaya qoydular. Ancaq söhbət təkcə şərhlərdən getmir. Hər oyundan öncə, bəzən oyunlardan sonra “Bol futbol” verilişində müzakirələr aparılırdı. Əməkdaşlarımızın burada da çox böyük əziyyət çəkdiyini və işlərinin öhdəsindən məharətlə gəldiklərini qeyd etməliyəm. Eyni zamanda sosial şəbəklərdə də fəal iş aparıldı. Bütün oyunların icmalı görüş bitdikdən sonra qısa müddətdə İTV-nin “Youtube” kanalında yerləşdirilirdi. Bir sözlə, bu çox böyük miqyaslı bir layihə idi və telekanalımız işin öhdəsindən gələ bildi. Təbii ki, mənim fikrim belədir, bu barədə qərarı isə tamaşaçı verməlidir.

– “Cənab rejissor, yuxarını göstərmək lazımdır! Səmanı çəkin! Maradonanı göstərin bizə! Mən əminəm ki, o, buludları aralayıb baxır bu oyuna. Dieqo xoşbəxtdir!” sözləriniz sosial mediada da paylaşıldı və müzakirələrə səbəb oldu. Proqnozlarınıza görə, hansı komandanı qalib seçmişdiniz?

– Argentina çempion olan kimi dərhal Maradonanı fikirləşdim, həyatda olsaydı, necə çılğınlıqla sevinəcəyini təsəvvür etdim. Bu fikirləri də həmin hisslərin təsiri altında dedim. Proqnoza gəlincə, çempionatdan öncə “Futbolpress.az” saytı sorğu keçirmişdi. Mən orada Argentina və İngiltərəni favorit olaraq göstərmişdim. Düşünürəm ki, ingilislərin 1/4 finalda Fransa ilə oyunda bir çox epizodlarda bəxti gətirmədi. Həmin oyunu daha yaxşı oynadıqlarını düşünürəm. Əgər Fransa səddini keçsəydilər, Argentina-İngiltərə finalı ilə proqnozum tam doğru gələ bilərdi. Ümumiyyətlə, Argentinanın çempionluğa layiq olduğunu düşünürəm. Bunu şərh zamanı da bildirmişdim. Ancaq çemponatın ən güclü komandası, mənə görə Braziliya idi. Güclü isə hər zaman qalib ola bilmir. Qalib olmaq üçün əlavə keyfiyyətlər də lazımdır. Argentinada bunun üçün hər şey var idi, komandanın lideri Messi başda olmaqla.

– 2026-cı ildə dünya çempionatında 32 yox, 48 komanda iştirak edəcək, sayın artırılmasına qərar verilib. Necə düşünürsünüz, Azəbaycanın dünya çempionatına çıxmaq sanşı ola bilərmi?

– Komanda sayının artırılmasının Azərbaycan yığmasının dünya çempionatına yüksəlməsinə təsir edəcəyini düşünmürəm. Ən azı indiki vəziyyətimizdə. Azərbaycan futbolunun problemlərindən saatlarla danışmaq olar. Final mərhələsində 48 yox 56 komanda da olsa, bu durumda biz final mərhələsinə vəsiqə qazana bilmərik.

Related Posts

“Qəbələ” “Kəpəz”i, “Zirə” “Araz Naxçıvan”ı qəbul edir – YENİLƏNİR
Azərbaycan futbolu

“Qəbələ” “Kəpəz”i, “Zirə” “Araz Naxçıvan”ı qəbul edir – YENİLƏNİR

09 Dekabr 2023
“Sumqayıt” – “Qarabağ” 1:6 – VİDEO
Azərbaycan futbolu

“Sumqayıt” – “Qarabağ” 1:6 – VİDEO

08 Dekabr 2023
Load More
Next Post
Peşəkar boksçu faciəvi şəkildə öldü

Peşəkar boksçu faciəvi şəkildə öldü

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

I agree to the Terms & Conditions and Privacy Policy.

Son Xəbərlər

Belə olsa, istefa verəcək

Pişik kimi idik, amma indi… – Qvardiola

09 Dekabr 2023

Günün oyunları – TV

Günün oyunları – TV

09 Dekabr 2023

Cavab, yoxsa…

Çağırdılar, hakimlərlə bağlı dediyi bu sözə görə hesabat verdi

09 Dekabr 2023

Ronaldo 1200-ə çatdı və bu sözləri yazdı

Ronaldo 1200-ə çatdı və bu sözləri yazdı

09 Dekabr 2023

Parisdə gender bərabərliyi olacaq

Ruslar və belaruslar olimpiadaya bu halda buraxılacaqlar – Şərtlər

09 Dekabr 2023

Tezliklə imzalayacaq

Tezliklə imzalayacaq

09 Dekabr 2023

“Qəbələ” “Kəpəz”i, “Zirə” “Araz Naxçıvan”ı qəbul edir – YENİLƏNİR

“Qəbələ” “Kəpəz”i, “Zirə” “Araz Naxçıvan”ı qəbul edir – YENİLƏNİR

09 Dekabr 2023

4-cü divizion klubu şikayət etdi – FİFA araşdırır

FİFA 3 sifariş alıb – ABŞ və Meksika yenə də…  

09 Dekabr 2023

Onun taleyi necə olacaq? – Klopp deyir ki…

Onun taleyi necə olacaq? – Klopp deyir ki…

09 Dekabr 2023

Türkiyə kubokunun püşkü atıldı

Türkiyə kubokunun püşkü atıldı

09 Dekabr 2023

Qolsuz start

Qolsuz start

09 Dekabr 2023

“Valensiya” məğlub oldu

“Valensiya” məğlub oldu

09 Dekabr 2023

“Yuventus” “Napoli”ni məğlub etdi

“Yuventus” “Napoli”ni məğlub etdi

09 Dekabr 2023

Açılış oyununda 4 qol

Açılış oyununda 4 qol

09 Dekabr 2023

Yığmamız Estoniyaya da uduzdu

Yığmamız Estoniyaya da uduzdu

09 Dekabr 2023

Şahruddin oynadı, “Qalatasaray” qalib gəldi

Şahruddin oynadı, “Qalatasaray” qalib gəldi

09 Dekabr 2023

“Xırdalan” qələbə qazandı

“Xırdalan” qələbə qazandı

09 Dekabr 2023

FİFA Səudiyyə Ərəbistanına işləyib? – Şahzadə iddialara cavab verdi  

FİFA Səudiyyə Ərəbistanına işləyib? – Şahzadə iddialara cavab verdi  

09 Dekabr 2023

Belçika millisinin sabiq üzvü atışma zamanı xəsarət aldı

Belçika millisinin sabiq üzvü atışma zamanı xəsarət aldı

09 Dekabr 2023

Prev Next
Facebook Twitter Google+ Pinterest VK RSS

Haqqımızda

Aut.az

Son xəbərlər

Belə olsa, istefa verəcək

Pişik kimi idik, amma indi… – Qvardiola

09 Dekabr 2023
Günün oyunları – TV

Günün oyunları – TV

09 Dekabr 2023

Yazı təqvimi

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Noy   Yan »

© 2022 İDMAN XƏBƏRLƏRİ - AUT.AZ AUT.AZ.

No Result
View All Result
  • Əsas səhifə
  • FUTBOL
    • Azərbaycan futbolu
    • Dünya futbolu
    • Çempionlar Liqası
    • Avropa Çempionatı
    • Avropa Liqası
    • Dünya cempionatı
    • Konfrans Liqası
    • Millətlər Liqası
  • Digər
    • Futzal
    • Güləş
    • Gimnastika
    • Qaydasız döyüş
    • Hokkey
    • Həndbol
    • Tennis
    • Şahmat
  • Canlı hesab
  • Canlı Yayım

© 2022 İDMAN XƏBƏRLƏRİ - AUT.AZ AUT.AZ.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

AUT.AZ saytını cihazın ekranına quraşdırın

QURAŞDIR
Bu veb sayt kukilərdən istifadə edir. Bu vebsaytdan istifadə etməyə davam etməklə siz kukilərin istifadəsinə razılıq vermiş olursunuz.
Verified by MonsterInsights