Dəhşətli qəza: Məşhur məşqçi öldü, xeyli futbolçu…
Syerra-Leonedə dəhşətli qəza baş verib. Hadisə nəticəsində yerli komandalardan birinin məşqçisi Lamine Banqura dünyasını dəyişib.
Aut.az xəbər verir ki, hadisə çərşənbə axşamı, “Port Otoriti” komandası Sierra Leone Milli Premyer Liqasında “Kahan Reyncers”lə oyuna gedərkən baş verib. Futbolçular və məşqçilər korpusunun üzvləri Fritaundan Kenemaya gedirmişlər.
Futbolçuları və məşqçiləri daşıyan avtobus yolun kənarında dayanmış yük maşınına çırpılıb. İlkin məlumata görə, qaranlıq olduğundan sürücü avtomobili görməyib.
Qəzada komandanın baş məşqçisi Lamin Banquranın həlak olduğu bildirilir. Syerra-Leone yığmasının sabiq futbolçusu, ölkənin məşhur məşqçilərindən olan Banqura bir neçə saat xəstəxanada qaldıqdan sonra dünyasını dəyişib.
Çoxlu futbolçu zədələnib. Onlar tezliklə Fritaundakı xəstəxanaya aparılıblar.
Banqura futbolçu karyerası ərzində təkcə Syerra-Leone millisində deyil, Qvineya, Kot-d’İvuar və Tunis klublarında da çıxış edib. O, həm də 1990-cı illərdə milli komandanın əsas oyunçularından biri olub. O, həmçinin 1994 və 1996-cı illərdə tarixdə ilk dəfə olaraq Syerra-Leonenin Afrika Millətlər Kubokuna vəsiqə qazanmasına kömək edib.
Aut.az
