“Barselona”nın yeni hədəfi müəyyənləşdi
“Barselona” “Leypsiq”in hücumçusu Antonio Nusanı transfer etmək imkanını araşdırır.
Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Mənbənin yazdığına görə, Kataloniya klubunun skaut-meneceri və idman direktoru Dekonun köməkçisi Joao Amaral Milan şəhərində agentlər, vasitəçilər və idman direktorlarının görüşündə iştirak edib. Bu tədbir ona 20 yaşlı norveçli hücumçunu İtaliya yığmasına qarşı keçirilən oyunda şəxsən izləmək imkanı verib.
Həmin görüşdə Nusa hesabı bərabərləşdirən qolu vurub və komandasının 4:1 hesablı qələbəsində mühüm rol oynayıb. Norveç yığması bununla 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
2025/26 mövsümündə Nusa 13 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Leypsiq”lə müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir. “Transfermarkt” hücumçunun dəyərini 28 milyon avro olaraq qiymətləndirir.
Autaz
