Boks

Qadın boksunun əfsanəsi 44 yaşında çempion oldu və karyerasını bitirdi – VİDEO

Norveçli boksçu Sesiliya Brehus (39-2-1, 9 KO) karyerasını çempion kimi başa vurub.

Aut.az BBC-yə istinadən xəbər verir ki, 44 yaşlı idmançı son döyüşündə Emma Kozini (24-2-1, 12 KO) məğlub edib.

Brehus yekdil qərarla qalib gəlib  (97-93, 96-94 və 98-92), WBO və WBC kəmərlərini ələ keçirib.

Döyüş Sesiliyanın vətənində, Norveçin Lillestem şəhərində baş tutub.

Bu döyüşdən sonra o, karyerasını bitirib.

Sesiliya 2014-cü ildə dörd əsas titulun hamısını qazanaraq dünyanın ilk şəksiz boks çempionu olub.

2007-ci ildə debüt edərək, o, uzun müddət birləşmiş dünya titullarını müdafiə edərək, ağır çəki dərəcəsində dominantlıq edib.

Brehus Kolumbiyada anadan olub, lakin uşaq ikən Norveçə köçüb.

Aut.az