Boks

Qulağını dişlədiyi boskçudan Taysona gözlənilməz etiraf – FOTO

Boks üzrə keçmiş mütləq dünya çempionu Mayk Tayson iki çəki dərəcəsində keçmiş mütləq dünya çempionunun qulağının bir hissəsini necə dişlədiyini xatırlayaraq Evander Holifildlə şəklini paylaşıb.

Aut.az xəbər verir ki, “Biz dişləmə döyüşündən bəri çox yol qət etmişik” – deyə o, posta rəy bildirib.

Evander Holifild paylaşımın altına “Mən səni Mayk sevirəm” sözlərini yazıb. Holifildin etirafına 15 mindən çox abunəçi reaksiya verib.

Qalmaqallı və yaddaqalan döyüş 1997-ci ilin iyununda baş verib. Cavab görüşünün üçüncü raundunda Tayson hücum zamanı Holifildin sağ qulağının bir hissəsini dişləyib və onu rinqin döşəməsinə tüpürüb.

Mayk Tayson sonradan diskvalifikasiya və 3 milyon dollar cərimə edilib.

Xatırladaq ki, Holifild ilk döyüşdəki qələbəsi sayəsində WBA çempionluğu titulunu Taysondan alıb.

Qulağını dişlədiyi boskçudan Taysona gözlənilməz etiraf - FOTO